Mayenin az qəbul edilməsi insan orqanizmi üçün təhlükəlidir

P19Ug8H91Su insan orqanizmi üçün vacib olan ən önəmli mayedir. Çaydan, qəhvədən, müxtəlif kofeinli və şirəli içkilərdən vacib olan suyu əksər insanlar içməyi sevmir. Halbuki bədənin bütün gücü və sağlamlığı su üzərində dayanır. Hər birimiz susadıqca su içməyə çalışsaq da əslində suyun miqdarı bizim susamağımıza görə hesablanmır. Normal və sağlam yaşamaq üçün maye normaları var ki, məhz bu normaların qəbulu insan orqanizmi üçün təhlükəli vəziyyət yaradır.

Yer kürəsinin 71%-ni, insan bədəninin isə yarıdan çoxunu su təşkil edir. Beyinin isə 85%-i sudur. Suyun 1 il müddətində normal qəbul edilməsi isə orqanizmi bir çox xəstəliklərdən qorumağa qadirdir. Hansı ki, o xəstəliklərə tutulan insan uzun bir müddət müalicə alaraq xilas ola bilir.

Daha çox qazlı su və şirələrlə maye tələbini ödəməyə çalışanlar bədənə necə zərbə vurduqlarının fərqində belə deyillər. Bu cür mayelər yay aylarında bədən və damarı yumaq yerinə, əksinə daha da kirəclənməsinə səbəb olur. İnsanın daha çox susamasına, dərinin boğulmasına, mədə-bağırsaq problemlərinin yaranmasına səbəb olan bu cür içkilərdən isə demək olar ki, heç kim imtina etmir.

Terapevt Xatirə İsayevanın sözlərinə görə, su içməyin faydası çox vaxt lazımınca qiymətləndirilmir və səhv başa düşülür. Su nəinki suzuzluğu yatırmaq və bədənin bir çox biokimyəvi prosesləri üçün vacib elementdir, eyni zamanda su həm də makroqidadır. Bu o deməkdir ki, gümrah qalmaqdan ötrü çoxlu su içmək lazımdır: "İnsan bədəni də bitki kimidir. Necə ki, bir gülə su vermədikdə, o, mümkün qədər su ilə özünü özündən təmin edir və bir müddət sonra solaraq quruyur, bədən də elədir. Su ehtiyatını özündən təmin etdikdən sonra yavaş-yavaş bədəndə və damarlarda quruluq yaranır. Bir gün ərzində lazım olan miqdarda maye qəbul etmək bədənin tamamilə ehtiyacının ödənilməsi demək deyil. Uzun bir müddət maye qəbul etmək lazımdır ki, orqanizm itirdiyi mayeni geri ala bilsin və qaydasına düşsün. İnsanda birinci su vərdişi olmalıdır. Gündəlik qida, yuxu kimi su da mütəmadi olaraq qəbul edilməlidir. Susamağı gözləmədən gün ərzində təyin olunan normanı qəbul etmək vacibdir".

Həmsöhbətimiz gündəlik olaraq qadınların 8 stəkan, yəni 2 litr, kişilərin isə 3 litr və ya 12 stəkan maye qəbul etməsini məsləhət görür. Onun sözlərinə görə, bədəndəki su nisbətinin kafi səviyyədə tutulması həyati əhəmiyyət daşıdığından bədəndən itən miqdarda su alınması zəruridir. İnsan bədəninin su ehtiyacı yaş, boy uzunluğu, bədən ağırlığı və fiziki fəaliyyətə görə dəyişir. Xüsusilə yay mövsümündə maye qəbulu ayrı bir əhəmiyyət kəsb edir. Yayda istinin təsirindən bədəndən su ilə birlikdə natrium, kalium kimi mineralların də atılması nəticəsində huşunu itirmə, yorğunluq, ürək bulanma, baş gicəllənməsi, nəbz aşağılığı, qan dövranı pozğunluğu kimi sağlamlıq problemləri də ortaya çıxa bilər. Xüsusilə tərləmə ilə artan maye itkisini əvəzləmək məqsədi ilə gündə 2,5-3 litr su içilməlidir.

Terapevt bildirir ki, digər maye əvəzləyicilərini qəbul etmək gündəlik maye ehtiyacı ödəmək sayılmır. Əgər insan 1 həftə ərzində daimi olaraq qazlı şirə qəbul edirsə, bu o deməkdir ki, o bədənini 1 həftədir susuz saxlayır. Bu cür bədən isə quruyur: "Çay, qəhvə, qazlı şirələr, əksinə bədəndən su atılması üçün şərait yaradır. İnsan bədəni ehtiyacı olan suyu qəbul edə bilməməklə yanaşı bir də olan su ehtiyatını itirir. Bərpa etməyin ən rahat yolu isə gündəlik qəbul edilən mayelərin siyahısını xeyirli mayelərlə əvəzləməkdir. Məsələn, çay yerinə müxtəlif otlardan hazırlanmış dəmləmələr qəbul etmək olar. Ləziz içki hazırlamaq istəyənlər müxtəlif meyvələr, buz və soyuq su ilə içki hazırlaya bilər. Sərin süd, ayran qəbulu da mümkündür. Ümumiyyətlə, qazlı və şirəli içkilərdən xüsusən yay aylarında imtina etmək vacibdir".

Mayenin xeyrinə gəlinxə, insan əgər ən az 6 ay müddətində mütəmadi olaraq bədənini su ilə təmin edərsə daimi özünü enerjili hiss edər, bədəni xərçəng daxil bir çox qorxulu xəstəliklərə qarşı möhkəmlədər, ağciyərdə oksigen tolanmasında vacib sayılan qırmızı qanın normada olması üçün lazımlı mühiti yaradar. Bədəndə olan müxtəlif zərərli maddələri böyrək və ağciyərlərə daşıyar, artrit, bel ağrısı, sümük kirəclənməsinin qarşısını alar, bağırsaqların normal işləməsinə yardım edər, qəbizliyin qarşısını alar, stress, gərginlik, depresiyanı aradan qaldırar, ürəyə, zehinə, beyinə təsir edər. Təbii ki, bu sadalananlar suyun faydalarının sadəcə bir hissəsidir.

Qeyd edək ki, yay aylarında hər kəsin sərinləmək məqsədi ilə istifadə etdikləri qazlı sular kalsiumun düşmənidir. Qazlı içkilərdən istifadə üçün ölkəmizdə yaş məhdudiyyəti yoxdur. Bəlkə də qazlı içkilərdən istifadə üçün yaş kateqoriyasının tətbiq edilməsinin gərəksiz olduğunu düşünə bilərsiniz. Amma azyaşlı uşaqlar bu cür içkilərdən içdikdə onlarda gözün arxa hissəsində yerləşən arteriyalar, qan damarları quruyur. Qazlı suların insan orqanizminə ziyanı böyükdür. Xüsusilə xəstə, əməliyyat keçirmiş insanların mədə-bağırsağı üçün qazlı su çox təhlükəlidir. Çünki qaz bağırsaqları genişləndirir. Ümumiyyətlə, qazlı suların tərkibindəki qazın haradan əldə edildiyi məlum deyil. İsti günlərdə isə ən yaxşısı ev şəraitində saxlanılan su qəbul etməkdir.

 

Наши клиенты

01.jpg02.jpg03.jpg04.jpg05.jpg06.jpg07.jpg08.jpg09.jpg10.jpg11.jpg12.jpg13.jpg14.jpg