backgroundSu həyat mənbəyidir. Sürətlə inkişaf edən texniki proseslər, sənaye tullantılarının nəinki yerüstü, həm də yeraltı su mənbələrini kimyəvi çirklənməyə məruz qoyduğu bir zamanda bu deyimin əhəmiyyətini daha aydın başa düşürük. Normal halda insan orqanizmində suyun payı 70 faizdən çox olduğundan suyun təmizliyini sağlamlıq üçün ən vacib amil saymaq olar. Həkimlər bildirirlər ki, orqanizmin hüceyrələrinə qida maddələri - vitaminlər, mineral duzlar su vasitəsilə verilir; insanın həyat fəaliyyəti nəticəsində yaranan tullantıları orqanizmdən çıxarır. Orqanizmin bütün sistemlərinin normal işi üçün insana gün ərzində minimum 1,5 litr su tələb olunur. İnsanın qəbul etdiyi bütün qidalar yalnız suda həll olmuş şəkildə həzm oluna bilir. Su olmasa, bu proses dayanar. İçməli su amili isə ekologiyanın ən başlıca komponentlərindən biridir və Allahın insanlara verdiyi ən qiymətli nemətdir. Bu isə məlum olduğu kimi tükənmək üzrədir. Bunun qarşısını almaq üçün ilk növbədə şirin yeraltı sulardan içmək və məişətdə işlətmək üçün istifadə olunmalıdır. İnsanlar əsrlər boyu bizə gəlib çatmış bu neməti dəyərləndirməli və gələcək nəsillər üçün qoruyub saxlamalıdırlər. Bu gün təbii nemətlərin qorunması və balanslaşdırılmış istifadəsi üçün güclü ictimai nəzarətə ehtiyac duyulur. Lakin respublikada istismarda olan yeraltı suların 70-75%-i suvarma üçün istifadə edilir. Bundan başqa, təəssüf ki, bir çox iri şəhər və qəsəbələrdə içməli su ilə avtomobil yuyulur.

Azərbaycanda su ehtiyatının məhdud olduğu bir zamanda bu ehtiyatlardan səmərəli istifadə, əldə olunan suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ölkəmizin hər bir sakini üçün ciddi əhəmiyyət kəsb etməlidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının əsas su sərvətlərini ölkə ərazisindən keçən ən böyüyü Kür və Araz olmaqla, 8 min 350-dən artıq çay, 450 göl, 61 su anbarı, yeraltı sular və digər mənbələr təşkil edir. Ölkənin yerüstü su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşır. Respublikanın yeraltı su ehtiyatları isə 5,2 milyard kubmetrdir.

Ölkədə illik su çatışmazlığı 4,5-5 milyard kubmetr arasında dəyişir. Bundan əlavə, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində yerləşən ümumi su tutumu 640 milyon kubmetr olan su anbarlarından istifadənin mümkün olmaması da ölkədəki su qıtlığının aradan qaldırılmasına əngəl yaradan mühüm səbəblərdən biridir.

 

Наши клиенты

01.jpg02.jpg03.jpg04.jpg05.jpg06.jpg07.jpg08.jpg09.jpg10.jpg11.jpg12.jpg13.jpg14.jpg