• VTEM Image Show
  • VTEM Image Show
  • VTEM Image Show
  • VTEM Image Show

1100

“Kuzə” təbii bulaq suyu Savalan dağının zirvəsindən süzülərək süfrələrinizə gəlir. Mənbəyi dəniz səviyyəsindən 1400 metr yüksəklikdə, Astara rayonunun Sım kəndində yerləşən su bir sıra mineral duzlar və mikroelementlərlə zəngindir. 400 kalibrli, istehsalata tam yararlı “Kuzə” suyu olduqca yüngül dada və bənzərsiz saflığa malikdir. 

“Kuzə” təbii bulaq suyu istehsalı müəssisəsi 2015-ci ildə Firudin Elxan oğlu Cürənli tərəfindən qurulmuşdur. Müəssisə AZS Milli Setifikatlaşdırma Sistemi tərəfindən verilən BİSS № 00048 nömrəli Uyğunluq Sertifikatı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilən AZ0311788 nömrəli Gigiyenik Sertifikat əsasında fəaliyyət göstərir. 

Müəssisəmiz qısa bir müddət əvvəl qurulmasına baxmayaraq, su mənbəyinin düzgün seçimi, yüksək keyfiyyəti və bənzərsiz dadı sayəsində

IMG 1279

 qablaşdırılmış su sektorunda satış həcmi sürətlə artan su istehsalı müəssisəsinə çevrilmişdir. Müəssisə qapalı sahəsi 1500 m2  olmaqla, ümumilikdə 2Ha ərazidə yerləşir. Məhsullarımızın istehsalında tamamilə yeni və müasir standartlara cavab verən avadanlıqlardan istifadə edilir. Bunların 80 %-i Türkiyədən, 20%-i isə Çin Respublikasından gətirilmişdir. Qablaşdırmada istifadə etdiyimiz bütün məhsullar (qablar, qapaqlar və etiketlər) dünyanın bir sıra qabaqcıl ölkələrinə məhsul ixrac edən və beynəlxalq sertifikatlara layiq görülən Türkiyə firmaları tərəfindən istehsal olunur. 

Su fiziki filtrlərdən və ultraviolet lampalardan keçirilərək azonlaşdırılır. Məhsullarımız müasir standartlara cavab verən müəssisəmizdə ən son texnologiyalar vasitəsilə əl dəymədən, bütün gigiyenik tələblər və ekoloji faktorlar nəzərə alınmaqla doldurulur və qablaşdırılır. Borular vasitəsilə daşınmadan qablaşdırılan “Kuzə” suyu ən təbii halı ilə müştərilərə təqdim olunur və insan orqanizmi üçün zəruri olan maddələrin qəbulunu təmin edir. 

 GGYENK SERTFKATI   UYUNLUQ SERTFKATI 

 

Bizim müştərilər

01.jpg02.jpg03.jpg04.jpg05.jpg06.jpg07.jpg08.jpg09.jpg10.jpg11.jpg12.jpg13.jpg14.jpg